Sumqayıt şəhərində park ərazisində yanğın baş verib. Sumqayıt24 bu barədə 6 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Ərazidə quraşdırılan elektrik lövhəsində 4 ədəd sayğac, 1 ədəd qoruyucu açar və 5 p.m çıxış kabeli yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb.