"Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində baş verən partlayışın nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir".
Sumqayit24.az xəbər verir ki, bu barədə Baku TV-yə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib.
"Təhlükəsizlik məqsədilə binada ilkin bərkitmə işləri artıq həyata keçirilib. Bina 6 girişdən ibarətdir və artıq 3 girişdə yaşayış tam şəkildə təmin edilib. Partlayış baş verən girişdə sakinlərə əşyalarını çıxarmaq üçün şərait yaradılıb. Onların müvəqqəti yerləşdikləri mənzillərin kirayə haqqının ödənilməsi isə dövlət hesabına həyata keçiriləcək. Aidiyyəti qurumların rəyi əsasında, binada tədbirlər görüldükdən sonra sakinlər mənzillərinə köçürüləcəklər", - deyə E. Qocayev bildirib.