top
Partlayışlardan özümüzü necə qoruyaq? – AÇIQLAMA
04 dekabr 2024, 04:11
- ↺ +

Partlayışlardan özümüzü necə qoruyaq? – AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünən tarixə qara hərflərlə həkk olan Bhopal faciəsinin ildönümü idi. 1984-cü il dekabrın 2-dən 3-ə keçən gecə Hindistanın Bhopal şəhərindəki Union Carbide zavodunda böyük bir kimyəvi sızıntı baş verdi. Sızan maddə metil izosiyanat idi və nəticədə minlərlə insanın ölümünə və çox sayda insanın zəhərlənməsinə səbəb oldu. 16.000 dən çox insanın həyatına son qoyuldu.

Kimyəvi qəza müxtəlif zavodlarda baş verə bilər, çünki bir çox sənaye müəssisəsi kimyəvi maddələrlə işləyir və bəzən bu maddələrin təhlükəsiz idarə olunmaması qəzalara səbəb olur.

Dekabrın 3-də səhər saatlarında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə, eləcə də Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evində partlayış baş verib. Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında və sexdə də yanğın hadisəsi qeydə alınıb.

Qeyd edək ki, bu kimi qəzalar, əsasən təhlükəsizlik tədbirlərinin olmaması, texniki səhvlər və ya insan faktoru nəticəsində meydana gəlir. Bu cür qəzalardan sonra daha sərt təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri tətbiq edilməyə başlanır.

Bəs görəsən, bu qəzalar nədən baş verir? Qəzalardan necə qorunmalıyıq?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, kimya sənayelərində təhlükəsizlik məsələləri ən vacib məsələlərdəndir:

“Kimya sənaye müəssisələrində istehsal və istifadə olunan xammal maddələri tez alışıb-yanan maddələrdir. İstehsal prosesi bütün təhlükəsizlik normativlərinə uyğun həyata keçirilməlidir. Texniki və yanğın təhlüksəziliyinə, əməyin mühafizəsinə çox ciddi əməl olunmalıdır. Tədbirlər kompleks təşkil olunmalıdır. Yanğın təhlükəsizlik qaydalarına ciddi riayət olunmadıqda zavodlarda qəzalar yarana bilər. Bunun da ciddi partlayışla müşahidə edilməsi ehtimalı var. İşçilər də mütəmadi təlimatlandırılmalıdır.

Dünyada elə bir sistem yoxdur ki, 100% qəzadan sığortalasın. Bu yanaşma doğru deyil. Önləyici tədbirlər görmək, qaydalara ciddi riayət etməklə, işçilərin bilik və bacarıqlarını artırmaqla qorunmuş oluruq. Dünyada hər il istehsalatda qəza hadisələri baş verir. Nəticədə milyonlarla insan həyatını itirir”.

E.Nurəliyev Sumqayıt və Novxanıda baş verən hadisələrə də münasibət bildirib:

“Qaz harada varsa, təhlükəsizlik məsələsi ön planda olmalıdır. Düzgün istifadə olunmadıqda dəm qazına çevrilir. Ona görə də qaz təsərrüfatı harada mövcuddursa, təhlükəsizliyə mütləq ciddi riayət olunmalıdır. Təmir və tikinti zamanı işlər mütləq ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir.

Qaz cihazı olan otaqlarda dəm qazının detektoru olmalıdır. Bu, böyük faciənin qarşısını ala bilər… Nəzərə almaq lazımdır ki, otaqda olan hava kütləsinin 0,1%-i kifayət edir ki, 5-7 dəqiqəyə insanı zəhərləsin. Qaz sızması isə otağın 4-5%-nə kifayət edir ki, partlayış olsun. Ehtiyatlı davranmaq lazımdır.

Evdə qoxulara diqqət etmək lazımdır. Dəm qazından qorunmaq üçün qaz cihazında havalandırma olmalıdır. Təbii ki, dəm qazı natamam yanma məhsuludur. Əgər otaqda kifayət qədər hava yoxdursa, bu, dəm qazının yaranmasına səbəb olacaq”.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər