top
Paşa ləqəbli keçmiş döyüşçü Sumqayıtda aldadılıb? - İDDİA
22 yanvar 2025, 06:23
- ↺ +

"Paşa" ləqəbli keçmiş döyüşçü Sumqayıtda aldadılıb? - İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İkinci Qarabağ müharibəsinin “Paşa” ləqəbli döyüşçücü, qazi Allahşükür Qasımov dələduzluğa uğradığını iddia edir.

O, Teleqraf.com-a açıqlamasında Sumqayıt şəhərində yerləşən “TT 064” adlı avtosalonun sahibi tərəfindən aldadıldığını bildirib. Allahşükür Qasımovun sözlərinə görə, həmin salondan avtomobil alıb. Əsl problem də bundan sonra başlayıb.

Qazi deyib ki, “TT 064”nin sahibi keçmiş polis əməkdaşı Natiq Cəfərovdur:

“Mən “Niva” markalı avtomobilimi satmaq üçün Sumqayıtın maşın bazarına getdim. Bir tanışım mənə təklif etdi ki, yaxınlıqda avtosalon var, oraya gedək. Avtosalonda avtomobillərə baxdıq, 2013-cü ilə aid “Toyota RAV4” markalı avtomobili satın almaq qərarına gəldim. Müqabilində 2015-cü ilə aid “Niva” markalı avtomobilimi və 17 min 800 manat pul verməli idim. Mənimlə gedən tanışlarımdan pul götürərək 17 min manatı və “Niva” markalı avtomobilimi onlara təqdim etdim. Sonra isə “Niva”nın sənədlərini və 800 manatı birlikdə göndərməli idim. Beləliklə, razılaşdıq. Avtomobilin dəmirinə baxdım, keyfiyyətli idi. Səhəri gün avtomobili maşın ustasına apardım.

Mənə bildirdilər ki, avtomobilin mühərrikində problem var. Natiq bəyə zəng etdim, səbəbini soruşdum. Onlar mənim dediyimlə razılaşmadılar və qeyd etdilər ki, ola bilsin, yüngül problemdir. Avtomobildə ciddi problem olduğunu mən özüm də bilmirdim. Sonra ailəmlə bağlı problem oldu, xəstəxana məsələləri və sair araya düşdü. Ona görə avtomobili bir ay sonra servis xidmətinə apardım. Orada mənə dedilər ki, avtomobilin mühərrikinin 4 min 500 manat xərci var.

Mən avtomobili aldığım salonun sahibi Natiq Cəfərova müraciət etdim, dedilər ki, bu problem bizlik deyil, sizə verəcək pulumuz yoxdur. Avtomobili alarkən yerindəcə sənəd məsələsi həll edilmişdi. Hətta onu da bildirim ki, avtomobilin adına cərimə də var idi. Mən müraciət edəndə dedilər ki, cəriməni də ödəmirik, kimə istəyirsiniz şikayət edin. Nə avtomobili geri alırıq, nə də mühərrikin problemini həll etmək üçün sizə maddi dəstək göstəririk.

Məsələylə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etdim. Oradan bildirdilər ki, bu kimi məsələlərə baxılmır. Natiq Cəfərov həmin bölmədə əməliyyat işçisi olub”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyi öyrənilib.

Natiq Cəfərov Teleqraf.com-a açıqlamasında qazinin iddiaları ilə razılaşmadı. Onun sözlərinə görə, Allahşükür Qasımov salondan “Toyota RAV4”ü alıb getdikdən 3 ay 15 gün sonra avtomobilin mühərrikində problem olduğunu bildirib:

“Etibarnamənin də müddəti var. On gün əvvəl kiçik qardaşım mənə zəng etdi ki, Allahşükür Qasımova kömək et, bildirirlər ki, maddi vəziyyətimiz yaxşı deyil, günahkarıq, üç ay on beş gün keçib və sair. Mən onların bank hesabına 300 manat göndərdim. Çeki də məndə qalıb”.

Natiq Cəfərov avtomobilin mühərrikindəki problemin əvvəldən olduğuna dair məqama belə aydınlıq gətirdi:

“Mənə bildirdilər ki, avtomobili 1200 manata təmir elətdirdik. Əslində, mən üç ay on beş gündən sonra pul verməzdim. Qardaşımın xahişinə görə, onların bank hesabına 300 manat göndərdim və bildirdim ki, on gündən sonra da 100 manat göndərəcəm. Mənə dedilər ki, mühərriki düzəltdirdik, 1200 manat xərcimiz çıxdı. Mən insan olaraq onu da etdim. Bütün qəbzlər məndə durur”.

Qeyd edək ki, Allahşükür Qasımov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azad olunması uğrunda döyüşüb.

Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov isə A.Qasımovu “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər