3 nömrəli Ailə Sağlamlıq Mərkəzində "Sumqayıt Narkomaniyaya yox deyir" mövzusunda tədbir keçirilib. Bu haqda 9 dekabr tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
Maarifləndirici görüşdə pediatrlar iştirak ediblər. ASM-in baş həkimi Maisə İsmayılova bildirib ki, narkomaniya insani dəyərlərə ciddi zərbə vuran, həyat və sağlamlığa böyük təhlükə yaradan bəladır. Həkimlər yetkinlik yaşına çatmayanlarla sıx işləməlidirlər.
Tibb ocağının ailə həkimi Nazilə Məmmədova geniş təqdimatla çıxış edib. O, narkomaniyanın sağlamlığa vurduğu zərərlərdən, yaratdığı fəsadlardan bəhs edib, yeniyetmə və gənclərin sağlam həyat tərzinin təbliğindən danışıb.
STM-in direktor müavini, İlkin səhiyyət xidmətinin rəhbəri İlkin Namazov narkotik maddələrinin insanı fiziki və psixoloji cəhətdən məhv etdiyini bildirib.
Sonda iştirakçıların sualları cavablandırılıb.