top
Pensiyalar nə qədər artacaq? - DEPUTATDAN AÇIQLAMA
16 noyabr 2024, 07:10
- ↺ +

Pensiyalar nə qədər artacaq? - DEPUTATDAN AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2025-ci ildə orta pensiya məbləği 516 manat olacaq. Bu, əvvəlki ilə müqayisədə 50 manat artım deməkdir.

Sumqayit24.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov “Youtube” kanalında yerləşdirdiyi videoda bildirib.

O qeyd edib ki, parlamentdə gələn həftə büdcə müzakirəsi olacaq:

"Orada da artımlarla bağlı, eləcə də bir sıra məsələlər öz əksini tapacaq. Bildiyiniz kimi, bu həftə təqdim olunan məlumata əsasən, 2025-ci ildə orta pensiya məbləği 516 manat olacaq. Bu, əvvəlki ilə müqayisədə 50 manat artım deməkdir. Artım minumum pensiya məbləği ilə yox, ölkə üzrə orta aylıq pensiya məbləğindəki artımı xarakterizə edir. Ona görə də artım birbaşa ölkə üzrə orta aylıq pensiya məbləğinə şamil olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözlənti orta aylıq pensiya məbləğinin 516 manata yüksəlməsi ilə bağlıdır”.

Deputat bütün növ əmək pensiyalarında artımların olacağını açıqlayıb:

“Minumum pensiya və minumum maaşın artırılması ilə bağlı cənab Prezident tərəfindən göstəriş verilib. Həmin göstərişə uyğun olaraq, artımla bağlı məsələlər yekunlaşmaq üzrədir. Bizim təklifimiz ondan ibarətdir ki, 2023-2024-cü illərdəki artım faizi, inflyasiya nəzərə alınmaqla pensiya və minimum maaşda artımlar həyata keçirilsin. Biz fiskal imkanlar çərçivəsində daha çox artımların həyata keçməsini məqsədəuyğun hesab edirik. Bununla bağlı gələn həftə başlanılacaq büdcə müzakirələrində də öz təkliflərimizi verəcəyik. Hər iki istiqamətdə, pensiya və əmək haqqı artımları növbəti ildən reallaşmalıdır. Bu proses praktik olaraq yekunlaşmaq üzrədir. Artıq dekabrın sonuna doğru büdcə təsdiq olunacaq. Cənab Prezident tərəfindən növbəti ilin əvvəlində gözlənilən sərəncam imzalanacaq. Bütün növ əmək pensiyalarında artım olacaq. Bu, indeksləşdirmə əsasında artımdır. İndeksləşdirmə inflyasiyaya əsasən yox, orta aylıq artım faizinə əsasən həyata keçirilir. 2024-cü ildə orta aylıq əmək haqqı nə qədər artırılıbsa, pensiya da o qədər artırılacaq. Burada bütün növ əmək pensiyalarından söhbət gedir”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər