top
Pensiyalarla bağlı bu qərar böyük narazılıq yaradır - Deputat
28 oktyabr 2024, 03:34
- ↺ +

Pensiyalarla bağlı bu qərar böyük narazılıq yaradır - Deputat

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin avqustuna qədər pensiyalar bir qayda olaraq Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda, məsələn Şəki və Qaxda ayın 15-i verilirdi. Bayramlarda pensiyaların verilməsi bayrama uyğun olaraq tezləşdirilirdi və bayramqabağı ödənilirdi.

Axar.az-ın məlumatına görə, bunu iqtisadçı deputat Əli Məsimli deyib.

O bildirib ki, pensiyaçıların xeyli hissəsinin pensiyası aşağı olsa da, onlara edilən bu jest müəyyən qədər vətəndaş məmnunluğu yaradırdı:

"Artıq 3-cü aydır ki, ölkəmizdə pensiyaların verilməsi ilə bağlı gecikmələr müşahidə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, bundan sonra Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödəniləcək.

Pensiyaçıların xeyli hissəsinin çətinliklə üz-üzə qaldığı bir vaxtda pensiyaların verilmə qrafikinin dəyişdirilməsini böyük narazılıq yaradan bir hərəkət hesab edirik. Əvvəlki rejimə görə pensiyalar Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda, məsələn Şəki və Qaxda ayın 15-i verilirdirsə, insanlar da bu rejimə uyğun müxtəlif banklardan həmin tarixə arxayın olub kredit alırdılarsa və onların kartları birbaşa həmin tarix kreditlərin ödənilməsinə yönəldirilirdirsə, eyni zamanda pensiya həmin pensiyaçının, bir sıra hallarda isə bütövlükdə onun üzv olduğu ailənin yeganə gəlir mənbəyidirsə, belə bir vəziyyətdə qrafikin dəyişilməsi böyük narazılıq yaradır".

Ə.Məsimli qeyd edib ki, pensiyaların verilməsindəki bu qrafik dəyişikliyi hansısa bir məsələ ilə əlaqədardırsa, müvəqqəti xarakter daşıyırsa və ya texniki xarakterlidirsə, onda Dövlət Sosial Müdafiə Fondu pensiyaların verilmə qrafikinin nə vaxt əvvəlki qaydaya qayıdacağı barədə ictimaiyyətə məlumat verməlidir:

"Əgər pensiyaların verilməsindəki gecikmələr ötəri, texniki xarakterli bir məsələ deyilsə və bundan sonra pensiyaların verilməsinə maliyyə-mühasibat baxımından yanaşılacaqsa, onda təklif edirik ki, son 3 aya qədər bir qayda olaraq həmişə Bakı, Sumqayıt və Abşeronda ayın 10-na qədər, regionlarda isə ayın 15-i, uzağı 15-20-si arasında pensiya alıb kreditlərini ödəyən pensiyaçıların kredit ödəmə tarixi, pensiya verilən yeni günə transformasiya olunsun. Yaxşı olar ki, banklar pensiyaçılara və onların yaxın qohumlarına zəng edərək onlara mənəvi-psixoloji zədələr vurmasınlar, diskonfort yaratmasınlar. Banklar pensiyaların verilmə qrafikindəki dəyişikliyə uyğun olaraq yeni qrafik tətbiq etsin. Yəni, banklar onsuz da çətin durumda olan pensiyaçılarla gecikmə faizi hesablamasın və tətbiq etməsin. Onsuz da pensiyasının xeyli hissəsini müalicə, dava-dərman üçün kreditə ödəyən vətəndaş bir də gecikməyə görə faiz cəriməsi ödəməsin. Aşağı pensiya alan insanların bu yolla itirdiyi hər manat onunçün böyük puldur. Bir də ki, pensiyaçı təqsiri olmayan səbəblərə görə pulunun bir hissəsini niyə itirməlidir ki?"

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər