Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları maarifləndirici təlimə qoşulublar. Bu haqda 19 aprel tarixində Sumqayıt24 xəbər verir.
Tədris mərkəzinin işçiləri Esmira Alverdiyeva, Aygün İsmayılova, Nübar Rəhimova 5 ay davam edən "Karyera məsləhətçilərinin təkmilləşdirilməsi proqramı" adlı seminarda iştirak ediblər.
Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən təlimin nəzəri və praktiki bölmələrini müvəffəqiyyətlə başa vuran təlimçilər sertifikatla mükafatlandırılıblar.