Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbə heyəti məktəblilərlə görüşüb. Sumqayıt24 bu haqda 8 fevral tarixində xəbər verir.
36 saylı məktəbin buraxılış siniflərinin şagirdlərinə müasir dövrdə peşə təhsilinin əhəmiyyəti, mərkəzin fəaliyyəti, tədris edilən ixtisaslar, mövcud imkanlar və qəbul qaydaları haqqında məlumat verilib.
Sonra tələbələr seçdikləri ixtisaslarla bağlı təəssüratlarını bölüşüb, əl işlərini məktəbə hədiyyə ediblər.