Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri Şəhidlər xiyabanını ziyarət ediblər. Bu haqda 6 aprel tarixində Sumqayıt24 xəbər verir.
Kollektiv Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər. İştirakçılar məzarların önünə gül dəstələri qoyublar və şəhidlərin xatirələrini yad ediblər.