İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində “Uşaq hüquqları və Yuvenal ədliyyə” ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Sumqayit24.az xəbər verir ki, tədbirdə çıxış edən Peşə Təhsili Mərkəzinin direktoru Kənan Bağırov uşaq hüquqlarının öyrənilməsinin, riskli davranışlar, eləcə də zərərli vərdişlərdən qorunma və sağlam həyat tərzinin təbliği ilə bağlı məlumatların tələbələrə ötürülməsinin əhəmiyyətini qeyd edib.
Daha sonra “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin xidmət mərkəzi olan Yuvenal Ədliyyə mərkəzinin psixoloqu Gülşən Axundova və sosial işçisi Elçin Abdullayev tərəfindən uşaqlara maarifləndirici seminar keçirilib. Seminar zamanı uşaqların mövzu barədə məlumatlılığı öyrənilib. Sonda uşaqların sualları dinlənilib və interaktiv müzakirələr aparılmaqla cavablandırılıb.