Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları Esmira Alverdiyeva və Aygün İsmayılova maarifləndirici seminarda iştirak ediblər. Bu haqda 18 fevral tarixində Sumqayıt24 xəbər verir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə karyera məsləhətçilərinin hazırlığı üçün "Butkamp" formatında intensiv təlim proqramı təşkil olunub. Təlimə 19 peşə təhsili müəssisəsindən 39 karyera məsləhətçisi cəlb olunub.
Tədbirin əsas məqsədi peşə təhsili müəssisələrində fəaliyyət göstərən karyera məsləhətçilərinin bilik və bacarıqlarının artırılmasıdır.