1 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) növbəti maarifləndirici təlim keçirilib. Bu haqda 24 noyabr tarixində Sumqayıt Tibb Mərkəzi (STM) xəbər yayıb.
Seminara ASM-lərin peyvənd otağının tibb bacıları, həmçinin 1 nömrəli ASM-in baş həkimi Təranə Mansurova qatılıblar. Tibb ocağının həkim-immunoloqu Hökümə Hüseynova və tibb bacısı Mahirə Babaşova "Uşaqlarda profilaktik peyvəndlər və onların əhəmiyyəti" mövzusunda təqdimatla cıxış ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.