Ağacdan yıxılan kişi Sumqayıtda vəfat edib. Sumqayıt24 bu haqda 5 aprel tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə 10 gün əvvəl Pirşağı qəsəbəsində baş verib. Ağacdan yıxılan 34 yaşlı Elvin Pənahov ağır xəsarətlərlə Sumqayıtdakı xəstəxanaya yerləşdirilib. Müalicələrə baxmayaraq, E. Pənahov bu gün xəstəxanada ölüb.
Araşdırma aparılır.