top
Polad Həşimovun xanımı: “Adımı öyrənməyə macal tapmadan hərbi hissəyə qayıdıb”
09 oktyabr 2024, 23:15
- +

Polad Həşimovun xanımı: “Adımı öyrənməyə macal tapmadan hərbi hissəyə qayıdıb”

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xanımı Ofelya Salmanova həyat yoldaşı ilə bağlı xatirələrini bölüşüb.

Sumqayit24.az xəbər verir ki, o, "Azərbaycan" qəzetinə verdiyi müsahibəsində ilk görüşləri ilə bağlı xatirələrini danışıb:

"Tarixini xatırlamıram. O ay, o gün yadımda qalmayıb. Yaz ayları idi. Polad hərbi formada deyildi, kostyum geyinmişdi. O vaxtadək onu tanımamışdım. Bizim uzaq qohumluğumuz olub. Polad da mənim kimi Qəbələnin Vəndam kəndindən olsa da, Sumqayıtda böyüyüb. Həm də hərbçi idi, kəndə çox az gəlirdi. Ailəsi onu evləndirməyə qərar verəndə məni məsləhət görüblər. Deyiblər ki, belə bir yaxşı ailənin yaxşı qızı var. Valideynlərimə də məlumat veriblər. İki ailə qərar verdi ki, əvvəlcə bizi görüşdürsünlər. O dövrdə indiki kimi telefon, sosial şəbəkə yox idi ki, şəkillərimizi bir-birimizə göstərsinlər. Polad Həşimov bir dəfə kənddə toya gələndə məni görüb. Ancaq adımı və kimin qızı olduğumu öyrənməyə macal tapmadan hərbi hissəyə qayıdıb. Biz görüşəndə o anladı ki, mən elə toyda gördüyü həmin qızam. Mən isə ilk baxışdan onun dövrünün gənclərindən çox fərqləndiyini hiss etdim. İyirmi səkkiz yaşı vardı. Çox çətinliklərdən keçən insanlar yaşıdlarından daha yetkin olurlar. Onun dünyagörüşü, danışığı, həyata baxışı, fikirləri çox fərqli idi. Mən də magistraturada ikinci kursda oxuyurdum, iyirmi üç yaşım vardı, artıq həyata öz baxışım, öz yanaşmam formalaşmışdı", - deyə Ofelya Salmanova bildirib.

"Fikirləşirdim ki, bu oğlanı ilk dəfədir görürəm, söhbət edirəm, amma niyə bu qədər rahat olmalıyam? Utanmalıyam, ya da naz etməliyəm. Bunları etmirəm axı... Yaxın insanlar kimi söhbət edirdik. Özünə güvəni o qədər yüksək idi ki, ilk andan mənimlə evlənmək barədə danışmağa başladı. Gül alsın, qızın xoşuna gələn sözlər deməyə çalışsın... Yox, elə bir şey etmədi. İkinci dəfədir məni görür, elə danışır, sanki dünən ayrılmışıq. Gümüş bir üzük uzatdı mənə: "Gör barmağına olur bu üzük", - dedi və getdi. Sanki mənə evlilik təklifi edib, "hə" cavabı alıb və indi də qalıb üzük verməyi. Onun ardınca baxa-baxa qaldım. Sonra məni gülmək tutdu. Öz-özümə dedim ki, bu, əsl mənim istədiyim insandır. Sanki zaman içində zaman yaratmalı idi Polad. O uzun yollardan keçib gəlməli, məni görməliydi. Və vaxtında hərbi hissədə olmalı idi. Bunların hamısını edə bilmişdi. Bir-iki aydan sonra nişanlandıq", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 07:00

Azərbaycanda bu gün Bilik Günüdür

Bütün xəbərlər
Dünən, 19:30

Sumqayıtlı aktirsa: "Evindən xəbəri olmayan sənə ağzına gələni yazır"

Bütün xəbərlər
Dünən, 19:00

SDU aliminin məqaləsi nüfuzlu jurnalda

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıtda çayxana səkiyə "çıxıb"? - İDDİA

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtda mağaza açıldı, qonşu obyektə ziyan vuruldu

Bütün xəbərlər
Dünən, 17:35

Emin Əmrullayev: "Yaxın həftə, yaxud aylarda müəllimlərin ikinci sertifikasiya prosesi aparılacaq"

İdman
Dünən, 17:15

Nə "Sumqayıt"da, nə də "Partizan"da üzü gülmədi – Saşa İliçdən antirekord

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıtın bu yolunda sürücülər əziyyət çəkir

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda "Bilik günü" günü hava belə olacaq

Bütün xəbərlər
Dünən, 16:14

Emin Əmrullayev: "Yaxın günlərdə müəllimlərin geyimi ilə bağlı yeni qaydalar açıqlanacaq"

İdman
Dünən, 15:45

"Əlimdən gələn hər şeyi edəcəyəm" – "Sumqayıt"ın yeni transferi söz verdi

Bütün xəbərlər
Dünən, 15:45

Çimərlik mövsümünün son gününün havası

Bütün xəbərlər
Dünən, 15:15

Şəriətdə süni intellekt məsələsi - Allahşükür Paşazadə nə düşünür?

Bütün xəbərlər
Dünən, 14:46

Sumqayıtda qardaş qardaşı maşınla vurdu

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıtın problemli küçəsi asfaltlanır - VİDEO

Bütün xəbərlər
Dünən, 13:45

Sabahdan Bakı metrosunda intervallar azaldılır

Bütün xəbərlər
Dünən, 13:15

Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı başlayır

Bütün xəbərlər
Dünən, 12:45

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda sakinlərin dincliyini pozan problem - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:45

SDU-dan beynəlxalq elmi uğur

Bütün xəbərlər
Dünən, 11:15

Sumqayıt gənclərini BÖYÜK TƏDBİR gözləyir

Bütün xəbərlər
Dünən, 10:47

Sumqayıtda azyaşlının ayağı velosipeddə sıxılıb qaldı

Bütün xəbərlər
Dünən, 10:25

Bu gün hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 10:15

BDYPİ-dən yeni tədris ilinin başlanması ilə bağlı müraciət

Oxşar xəbərlər