Sumqayıtda qida məhsulları məhv edilib. Bu haqda 13 dekabr tarixində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xəbər yayıb.
“Qurman Plyus” MMC-yə məxsus 15,4 ton, “AZ FP CO LTD” MMC-yə məxsus 70 adda 7,2 ton, “Sun Food” MMC-yə məxsus 45,6 ton müxtəlif növ istehlaka yararsız qida məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-nin poliqonunda utilizasiyadan keçirilb.