Sumqayıtdan olan polis əməkdaşı boğularaq vəfat edib. Sumqayıt24 bu haqda 9 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə gecə saatlarında Siyəzən rayonunda baş verib. Siyəzən RPŞ-nin leytenantları 36 yaşlı Faiq İsgəndərov və 35 yaşlı Elmir Əsgərov kirayə yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.
Bizim.media-nın məlumatına görə, Faiq İsgəndərov Sumqayıt şəhər sakini olub. Onun 2 qız və 1 oğul övladı qalıb.