Sumqayıt şəhər sambo bölməsinin baş məşqçisi Mirağa Qiyasova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Sumqayit24.az xəbər verir ki, bu barədə müvafiq Sərəncamı prezident İlham Əliyev imzalayıb.
M. Qiyasov idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezidentin fərdi təqaüdünə layiq görülüb.