Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sumqayit24.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənəd məhkəmə təyinatları ilə bağlı olub. Sərəncama əsasən Zaur Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini, Rövşən Xəlilov isə Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lerik Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub.
Sözügedən sənəd imzalandığı gündən qüvvəyə minir.