Sumqayıt Qadın Resurs Mərkəzi maarifləndirici təlimə qatılıb. Bu haqda 30 iyun tarixində Sumqayıt24 xəbər verir.
“Sosial Media İdarəetməsi” təlimində sözügedən mərkəz olmaqla 12 regiondan olan nümayəndə heyəti iştirak edib. Seminar zamanı sosial şəbəkələrdən istifadə, sosial media strategiyası, sosial mediada etik qaydalar haqqında ətraflı danışılıb.