Sumqayıtda gecə vaxtı inşa edilən obyekt etiraza səbəb olub.
Obyekt 13-cü mikrorayon, bina 6 ünvanın qarşısında yerləşən yaşıllıq sahədə qanunsuz şəkildə inşa edilib. Bu zaman ağaclara da müəyyən qədər zərər vurulub. Sakinlərin etirazından sonra tikinti işləri dayandırılıb.
Sumqayıt şəhər İcra Hakimiyyətindən Milli.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır.