Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Xəzər dənizinin Sumqayıt şəhər akvatoriyasında nəzarət tədbirləri keçiriblər.
Sumqayıt24.az xəbər verir ki, yoxlama zamanı qanunsuz balıq ovlayan Sumqayıt şəhər sakini Azər Əşrəfov saxlanılıb. Ondan qanunsuz ovlanmış xeyli sayda balıq və istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanuna müvafiq tədbir görülüb.