Şəhidimiz Vüsal Allahyarovun anadan olduğu gündür. O, 22 aprel 1988-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib.
Daxili Qoşunların baş çavuşu Vətən müharibəsində Füzuli və Şuşanın azadlığı uğrunda savaşıb. Vüsal Allahyarov noyabrın 7-də Şuşada şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra o, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallarına və “Qarabağ” ordeninə layiq görülüb.
Şəhidimiz ailəli idi, 2 qızı Vətənə əmanət qalıb.