Sumqayıtda fəaliyyət göstərən məşhur şadlıq sarayı atmosferi çirkləndirir.
Söhbət 18-ci mikrorayonda yerləşən “Qərb” şadlıq sarayından gedir. Sumqayit24.az-a müraciət edən sakinlərin sözlərinə görə, ictimai iaşə obyektindən havaya tüstü və kəskin qoxu yayılır. Nəticədə ərazi tüstü ilə örtülür və bu, yaxınlıqda yaşayan sakinlərin narahatlığına səbəb olur. Onlar evlərinin pəncərələrini aça bilmədiklərini və yemək qoxusunun onları narahat etdiyini bildirirlər.
View this post on Instagram