Zibil daşıyan maşın ətrafı çirkləndirir.
Sumqayit24.az-a sakinlərin verdiyi məlumata görə, Saray qəsəbəsində tullantıları daşıyan avtomobilin yük hissəsinin üstü açıq olması səbəbindən külək oraya yığılan zibili ətrafa səpir.
“Qaş düzəldən yerdə vurub gözü də çıxarırlar”. Bir tərəfdən zibili daşıyırlar, digər tərəfdən isə ətraf əraziləri çirkləndirirlər. Bunun üçün daha uyğun, üstü bağlı maşınlardan istifadə edə bilməzlər?”, - deyə şikayətçilər bildiriblər.