G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
"Azərbaycan Dəmir Yolları" QSC 11-23 noyabr tarixlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafikinə dəyişiklik edir.
Sumqayit24.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.
Qeyd edilmiş müddət boyunca həftənin iş günlərində (iş günü elan edilmiş 16 və 23 noyabr tarixləri daxil olmaqla):
- Bakıdan saat 08:10, 17:50 və 19:05;
- Sumqayıtdan saat 07:20;
- Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri müvəqqəti olaraq ləğv edilir.
Xırdalan istiqamətində və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən digər qatarların hərəkət qrafiki dəyişiklik edilmədən qüvvədə saxlanılır.