Sumqayıtda "Opel" və “Toyota” markalı minik avtomobilləri toqquşub. Bu haqda 14 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veririk.
Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. Onlar müxtəlif xəsarətlər alan adamı zədələnmiş avtomobildən çıxarıb və təcili tibbi yardım briqadasına təhvil veriblər.