Qazaxıstanın Pavlodar Dövlət Pedaqoji Universitetinin Akademik işlər üzrə prorektoru, professor Andryuşenko Olqa Konstantinovna Sumqayıt Dövlət Universitetində (SDU) olub.
Sumqayit24.az xəbər verir ki, görüş çərçivəsində universitetlərarası əməkdaşlığın genişləndirilməsi, elmi jurnallarda birgə nəşrlər, ikitərəfli proqram və layihələrin yerinə yetirilməsi, qarşılıqlı müəllim-tələbə mübadiləsi, hər iki universitetin strateji inkişaf perspektivləri üzrə konkret addımlar müzakirə olunub.
Sonda qonaq ali təhsil müəssisəsini gəzərək universitetin maddi-texniki bazası ilə tanış olub.