Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən birinin əmisi qardaşı oğlunu paylaşılan videoda görüb.
Sumqayit24.az xəbər verir ki, sözügedən şəxs hazırda təyyarənin eniş etməli olduğu Qorznı hava limanındadır.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.