top
Qazi anası: Cahangirimin bir gözu görmür, sol əli işləsə də, cəmi bir barmağı qalıb
26 sentyabr 2024, 23:00
- ↺ +

Qazi anası: "Cahangirimin bir gözu görmür, sol əli işləsə də, cəmi bir barmağı qalıb"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən müharibəsinin başlamasından, doğma torpaqlarımızın, Qarabağımızın mənfur düşmən tapdağından azad edilməsinə yönəlmiş döyüşlərdən 4 il ötür. 44 gün davam edən döyüşlərdə Azərbaycan xalqı vahid yumruq kimi birləşdi, hər gün torpaqlarımızın azad edilməsi ilə bağlı xəbərlərə sevindi, bir-birini təbrik etdi. Amma heç bir Qələbə şəhidsiz, qansız əldə edilmir. 44 gün ərzində işğaldakı torpaqlarımızın azad edilməsi üçün neçə-neçə gənc həyatını qurban verdi, yüzlərlə əsgərimiz qazi oldu. Azərbaycan xalqı hər gün olduğu kimi, bu gün də qəhrəman şəhidlərimizi ehtiramla anır, cəsur veteran və qazilərimizi diqqətdə saxlayır.

Biz də, Sumqayit24.az olaraq, qazilərimizi diqqətdə və gündəmdə saxlamağı, onların qürur dolu döyüş hekayələrini daha çox insana çatdırmağı özümüzə borc bilirik.

Əməkdaşımız sumqayıtlı qazi Cahangir Əliyevin səhhəti və xatirələri ilə maraqlanıb. İgid əsgər Cahangir aldığı yaralara görə, hələ də sərbəst danışa bilmədiyi üçün suallarımızı onun anası Sevda Əliyeva cavablandırıb.

- İlk olaraq, Cahangir barədə qısa məlumat verməyinizi rica edirik.

- Cahangir Gülbala oğlu Əliyev 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. Hazırda Kotec qəsəbəsində yaşayırıq. 2019-cu ildə tam orta təhsilini və musiqi məktəbini bitirərək hərbi xidmətə gedib.

Foto Sumqayıt24

- “Cahangir döyüşlərə necə və hansı əhvali-ruhiyyədə yollanıb?” sualına isə Sevda xanım belə cavab verdi:

- “Təxrisinə 3 gün qalmış müharibə başladı. Bir çox Azərbaycan oğlu kimi Cahangir də könüllü olaraq Kəlbəcərdə döyüşlərə qoşuldu. Dedi ki, “Yoldaşlarımın hamısı oradadır, mən də getməliyəm. Qeyrətim oturub gözləməyə imkan verməz. Bu, kişilikdən deyil”.

Cahangir doyüşlərdə cəmi 5-6 saat iştirak etsə də, silahdaşları ilə birlikdə ermənilərin postunu yerlə yeksan edib. Ertəsi gün, axşam saatlarında düşmən PUA ilə onların sığınacağını vurub. Dəstənin 4 üzvü şəhid olub, qalan 4-ü isə sağ qalıb. Cahangir sağ qalsa da, çoxlu xəsarət alıb, bədənində salamat yer yoxdur. Oğlum “canlı şəhid”dir.

Prezident İlham Əliyev tərəfindən Cahangir “Cəsur döyüşçu”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medallarına layiq görülüb.

- Cahangir sizə hərbi əməliyyatlarda iştirak edəcəyini əvvəlcədən bildirib?

- Yox. O, ümumiyyətlə heç hərbi xidmətdə başına gələnlərdən, yaşadıqlarından danışmağı xoşlamırdı. Hərbi xidmət dövründə heç vaxt məndən pul istəməyib, oradakı şəraitdən danışmayıb.

Müharibədən 3-4 gün əvvəl mənə zəng edib dedi ki: “Ana, mənimlə fəxr eləyərsən. Ya bayrağa bükülmüş tabutda gələrəm, ya da sağ-salamat”. Bir ana kimi təşvişə düşüb nə baş verdiyini soruşsam da, sadəcə zarafat etdiyini bildirdi. Amma o gecə gözümə yuxu getmədi. Səhər tezdən yenidən zəng etdi, ona ürək-dirək verdim, hər şeyin yaxşı olacağını dedim. Oğlumun ürəyində bir qram da qorxu yox idi.

- Cahangir yaralanandan neçə gün sonra Sumqayıta gətirilib? Onun yaralandığını nə zaman öyrəndiniz?

- Oğlum tanınmaz vəziyyətdə idi. Hər yeri yanmışdı. Heç orada da (döyüş zonasında) Cahangiri tanımayıblar, elə biliblər ki, şəhid olub. Mən isə noyabrın əvvəlində bu barədə xəbər aldım. Hər gün Müdafiə Nazirliyinə zəng edib onu soruşurdum. Deyirdilər ki, nə şəhidlərin, nə itkin düşənlərin, nə də ki yaralıların arasında adı var. Nəhayət, bir gün özləri zəng edib, Cahangirin yaralandığını bildirdilər.

Gecə saatlarında xəstəxanaya getdim, içəri buraxmadılar.. Səhər gedəndə isə həkim burada belə bir adamın olmadığını bildirdi. Getdim morqa, DNA üçün analiz verməyimi istədilər. Sonra rəis gəldi, Cahangirin sağ olduğunu, amma salamat olmadığını, komaya düşdüyünü dedi.

Sən demə, oğlum xəstəxanada Rəşad Atakişiyev adı ilə yerləşdirilib. Yəni, forması yanıb və üzərinə başqa adamın, Rəşad adlı əsgərin buşlatını atıb, helikopterlə Bakıya gətiriblər.

Onu ilk görəndə şoka düşdüm, qurudum qaldım. Özümü itirdiyimdən heç Cahangirin əl-qolunun yerində olub-olmadığına baxmadım.

Komada olsa da, nəfəsindən bildim ki, o, mənim gəldiyimi hiss edib. Cahangir ayılanda yaddaşı itmişdi. Heç kimi tanımasa da, məni tanıdı. Ağzını açıb danışa bilmirdi, hərəkət edə bilmirdi. Kəllə sümüyünün yarısı yoxdur, bir tərəfi işləmir.

İndi isə sərbəst şəkildə olmasa da, danışa bilir. Hər şeyi anlayır.

Foto Sumqayıt24

- Döyüş yoldaşlarından şəhid olan yəqin ki var…

- Döyüşlərdə yanında şəhidlik zirvəsinə ucalan əsgərlər olub. Bu yaxınlarda birinin doğum günü olacaq. O şəhidin anası da Cahangiri oğlu kimi sevir.

- Hazırda müalicəsi davam edir? Həkimlər nə deyirlər?

- Cahangir 50-dən çox əməliyyata girib. Türkiyədə bir dəfə 20, sonra isə 9 və daha 5 saat narkoz altında qalıb. Son narkozdan güclə ayıldı.

Uşaq yamaq-yamaqdı, tikişlərini də narkozla söküblər. İndi Cahangirimin bir gözu görmür, başının yarısı yoxdu, sol əli işləsə də, cəmi bir barmağı qalıb.

- Cahangir sizə arzularını danışır?

- Oğlum 20 yaşından əlil olub. Cavanlığı əldən gedib. Bütün arzuları yarımçıq qalıb. Sevdiyi qız var idi, ailə qurmaq, avtomobil və ev almaq istəyirdi. Onun üçün hətta iş də danışmışdım. İndi isə Cahangir kiməsə möhtac qalıb. Yəni yanında adam olmasa, özü heç nə edə bilmir. Amma mən inanıram ki, oğlum bundan da yaxşı olacaq, əvvəlki kimi olmasa da, sağlamlığına qovuşacaq. Bir gün onun daha yaxşı, daha gümrah olacağına inanıram. Bir ana kimi isə mənim təsəllim odur ki, oğlum Vətən yolunda, torpaqlarımızın azad edilməsi uğrunda döyüşüb, yaralanıb, qazi olub. Vətən sağ olsun!…

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Oxşar xəbərlər