Yeni doğulan körpə qəhrəman şəhidimizin adını daşıyacaq.
Shimal.News-un məlumatına görə, Gəncədə yerləşən tibb mərkəzində qubalı qazinin övladı olub. Ona Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Mehrab Niftəliyevin adı verilib.
Mehrab Söhrab oğlu Niftəliyev 13 may 1985-ci ildə Quba rayonunun Qam-Qam kəndində anadan olub. O, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü kimi Vətənə xidmət edib, 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olub. 44 günlük Vətən müharibəsində noyabrın 8-i Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Qeyd edək ki, Niftəliyev ailəsi ilə birgə Sumqayıtda yaşayırdı. Onun nəşi də məhz Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.