top
Qızı universitetə qəbul olmadığı üçün arvadını döyən şəxsin MƏHKƏMƏSİ
24 oktyabr 2024, 00:25
- ↺ +

Qızı universitetə qəbul olmadığı üçün arvadını döyən şəxsin MƏHKƏMƏSİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda 1978-ci il təvəllüdlü Əsəd mübahisə zamanı həyat yoldaşı Laləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə ailə üzvlərinin yaşadıqları evdə, səhər saatlarında baş verib. Əsəd arvadı Lalə ilə aralarında baş vermiş mübahisə zamanı əli ilə onun sağ göz nahiyyəsindən vurmaqla ona xəsarətlər yetirib.

Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Lalə ilə ailə həyatı qurub və birgə nikahdan 3 övladları var:

“Son vaxtlar Lalə ilə aramızda ara-sıra münaqişələr baş verir. Hadisə günü saat təxminən 08:00-da yaşadığımız evdə olan zaman qızım Ləmanın ali məktəbə qəbul olunmaq üçün verdiyi imtahanın nəticəsi barədə Lalənin mobil telefonuna mesaj gəldi. Ləman mesajı məndən gizlətdi. Bundan sonra məlum oldu ki, Ləman ali məktəbə daxil ola bilməyib. Bu səbəbdən əsəbiləşdim. Yumruqla Lalənin sifətindən, sağ gözündən vurdum. Münaqişə təxminən 5-10 dəqiqə davam etdi. Həmin vaxt ətrafda heç kəs olmayıb. Əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Lalənin sözlərinə görə, 2004-cü ildə Əsədlə ailə həyatı qurub:

“Son bir neçə ildir ki, xasiyyətlərimiz uyğun gəlmir və mütəmadi olaraq Əsədlə aramızda münaqişə olur. Lakin ailəmin dağılmaması üçün polisə şikayət etməmişəm”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü təxminən saat 08:00-da  yaşadıqları evdə olan zaman qızı Ləmanın ali məktəbə qəbul olunmaq üçün verdiyi imtahanın nəticəsi barədə onun mobil telefonuna mesaj gəlib:

“Məlum oldu ki, Ləman ali məktəbə daxil ola bilməyib. Əsəd bunu bilərək mənimlə mübahisə etdi. Yumruqlarla sifətimdən, başımdan, sağ gözümdən və bədənimin müxtəlif yerlərindən vurdu. Həmçinin evdə olan plastmas süpürgənin tutacağı ilə də qollarımdan və bədənimdən vuraraq məni döydü. Bundan sonra Əsəd sakitləşdi. Mən də polisə şikayət etməyərək, heç kimə bu barədə məlumat vermədim”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, növbəti gün səhər saatlarında Yardımlı rayonunda yaşayan qardaşı Faiq onun yaşadığı ünvana gələn zaman onun xəsarət aldığını görüb:

“Mən olanları Faiqə danışdıqdan sonra məni xəstəxanaya apardı. Münaqişə təxminən 5-10 dəqiqə davam etdi. Mübahisə zamanı ətrafda heç kəs olmayıb. Hadisədən sonra mənim gözümün ətarı tam şişdi. Hətta bir müddət gözüm görmədi. İki qız övladım mənimlə birlikdə yaşasa da, oğlum atası ilə yaşayır. Əsədlə barışmamışam, ondan şikayətçiyəm. Amma Əsədin həbs olunmasını istəmirəm. Lakin qismən yüngül cəza çəkməsini istəyirəm”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əsəd 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı Sumqayıt şəhəri, BTZ bağları, fərdi ev ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər