top
Qurumlar unutsa da, sumqayıtlıların yaddaşında yaşayan stadion
09 yanvar 2026, 12:40
- ↺ +

Qurumlar unutsa da, sumqayıtlıların yaddaşında yaşayan stadion

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtdakı stadionlardan biri hazırda baxımsız və yararsız vəziyyətdədir.

Söhbət 17-ci mikrorayonda yerləşən idman meydançasından gedir. İdman.Biz-in məlumatına görə, ərazinin uzun müddətdir nəzarətsiz qalması sakinlərin narazılığına səbəb olub.

Sosial şəbəkələrdə aparılan müzakirələr zamanı yerli sakinlər bildiriblər ki, bu ərazi illər əvvəl futbol stadionu kimi fəaliyyət göstərib və şəhərin idman həyatında mühüm rol oynayıb. Xüsusilə 1980-ci illərdə stadion məktəblilər və gənclər üçün əsas futbol meydançalarından biri olub.

Sosial şəbəkə istifadəçilərindən biri həmin dövrlə bağlı xatirəsini belə bölüşüb:

"Bəlkə də bu stadionda ilk dəfə top qovlayanlar mənim yaşıdlarım olub. Söhbət 1980-ci illərdən gedir. 4 nömrəli məktəbin açılan ilk birinci sinif şagirdlərindən biri olmuşam. Bu, təxminən 48 il əvvəl idi".

Sakinlərin sözlərinə görə, vaxtilə uşaqların və yeniyetmələrin sevimli məkanı olan stadion bu gün tamamilə baxımsız vəziyyətə düşüb. Ərazidə nə idman infrastrukturu qorunub saxlanılıb, nə də təhlükəsizlik təmin olunur.

İdman.Biz-in araşdırmasına görə, sözügedən stadionun Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin balansında olması və mövcud vəziyyətə görə məhz bu qurumun məsuliyyət daşıması ilə bağlı yayılan iddiaların heç bir əsası yoxdur.

Sözügedən idarənin rəisi Təlman Kərimov açıqlamasında bildirib ki, hazırda Sumqayıt şəhərində idarənin balansında cəmi iki idman obyekti mövcuddur:

"Sumqayıtda bizim balansımızda yalnız iki idman obyekti var – İdman Evi və "İnşaatçılar" stadionu. Daha bir stadion – Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu isə yaxın vaxtlarda idarəmizin balansına veriləcək. Sizin qeyd etdiyiniz stadionun isə qurumumuza heç bir aidiyyəti yoxdur. Daha çox Təhsil Nazirliyinin balansında olması ehtimal edilir, çünki həmin ərazi məktəblərin yaxınlığında yerləşir".

Qeyd edək ki, sözügedən stadionun ətrafında həqiqətən də üç təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlar Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyi və 4 nömrəli, eləcə də 39 nömrəli orta məktəblərdir.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə də sorğu ünvanlanıb. 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Dünən, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Dünən, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Dünən, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
26 oktyabr 2026, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
26 oktyabr 2026, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
26 oktyabr 2026, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
26 oktyabr 2026, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
26 oktyabr 2026, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
26 oktyabr 2026, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Oxşar xəbərlər