Qida Təhlükəsizliyi Agentliyi quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçirəcək.
Sumqayit24.az xəbər verir ki, yoxlama 18-22 noyabr tarixlərində təşkil olunacaq.
Bununla əlaqədar dənizsahili zonalarda vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq, laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Tədbir müddətində götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.
Əlavə olaraq, monitorinq keçirildiyi dövr ərzində xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə diaqnostik nümunələr götürüləcək.