Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib. Sumqayıt24 bu haqda 24 fevral tarixində xəbər verir.
Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib. Məqsəd iş və istirahət günlərinin ardıcıllığını təmin etməkdir.
Qeyd edək ki, 10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı – şənbə günü ilə yerləri dəyişdirilib. Bu da o deməkdir ki, ardıcıl 5 gün (aprelin 10, 11, 12, 13 və 14-ü) iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.