Sumqayıtda vəzifə tutan məmura yeni vəzifə verilib.
Sumqayit24.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Ramin Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri təyin edilib. O, 1994-1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda “Dövlət və bələdiyyə idarəetməsi” üzrə bakalavr, 1998-2000-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə fakültəsində magistratura təhsili alıb.
R.Abbasov 2003-2020-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində metodist, məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışıb. 2020-2022-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində rəhbər müavini olaraq fəaliyyət göstərib.
Qeyd edək ki, Abbasov Ramin 2022-ci ildən bu təyinata qədər Abşeron-Xızı Regional Təhsil İdarəsində müdir müavini olaraq fəaliyyət göstərib.