Yanvarın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sabah Sumqayıtda axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.