Bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 29-da Sumqayıtdakı 1 və 2 saylı “ASAN Xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Sumqayit24.az xəbər verir ki, vətəndaşlar həmin gün yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.
Növbəti gündən etibarən isə sakinlər adi qaydada mərkəzlərə müraciət edə biləcəklər.