Sumqayıtda yanvarın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sabah gündüz bəzi ərazilərdə havanın az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq.