Noyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Sumqayıtda arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti olacaq.