Yanvarın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sabah Sumqayıtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər isə bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-9° isti olacaq.