Sumqayıtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Yanvarın 28-də gündüz bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi ərazilərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq.