Dekabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Sumqayıtda arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.