Dekabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sabah Sumqayıtda gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti olacaq.