Sumqayıta gətirilən yeni avtobuslar xəttə çıxarılacaq.
Sumqayıt24 xəbər verir ki, sentyabrın 14-dən etibarən 123 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar istismara buraxılacaq. Sözügedən şəhərətrafı avtobuslar Sumqayıt – “Azadlıq prospekti” metro stansiyası xətti ilə hərəkət edir.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sentyabrın 5-də 123 nömrəli marşrutu müsabiqəyə çıxarıb. Müsabiqənin qalibi “F.Rövşən” İM seçilib.