Dekabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sabah Sumqayıtda fasilələrlə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq.