Yanvarın 18-də gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sabah Sumqayıtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi ehtimalı var.
Şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq.