Noyabrın 2-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Sumqayıtda hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-23° isti olacaq.