Novxanı qəsəbəsində yerləşən Şah Sultan Hüseyn məscidi bərpa ediləcək. Bu barədə 21 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin iştirakı ilə 17-ci əsrə aid məscidin ətrafı təmizlənib. Aksiyaya sadalanan qurumların rəhbərləri də qatılıbıar.
Qeyd edək ki, əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şah Sultan Hüseyn məscidinin təmir-bərpası üçün hazırlıq görülür.