Sumqayıt təhsil ocağının şagirdləri incəsənət müsabiqəsində uğurla çıxış ediblər. Sumqayıt24 bu barədə 24 noyabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsi üzrə təhsil alan şagirdləri “Payız əfsanələri 2022” adlı müsabiqədə iştirak ediblər.
Müsabiqədə iştirak edən 3-cü sinif şagirdi Fatimə Qurbanzadə 1-ci yerə; 4-cü sinif şagirdi Azad Rüstəmli 2 əsəri ilə ayrı-ayrılıqda 1-ci yerə; fortepiano şöbəsi üzrə təhsil alan şagirdlər Gülxar Hüseynli 1-ci yerə; Nigar Mustafayeva 2-ci yerə layiq görülüblər. Onlar medal və diplomla mükafatlandırılıblar.
Şagirdləri müsabiqəyə müəllimləri Səbinə Rüstəmova, Rufana Zülfüqarova, Rəna Salayeva hazırlayıblar.